"Royal Caribbean"-nın ən yeni kruiz gəmisinin advermə mərasimi keçirilib
"Royal Caribbean International" 5600 sərnişin tutumuna malik ən yeni kruiz gəmisi “Star of the Seas” adlandırıb.
"Seanews.az" xəbər verir ki, advermə mərasimi ötən həftə Florida ştatının Port Kanaveral limanında keçirilib.
Yeni gəmi 2023-cü ildə Finlandiyanın "Meyer Turku" gəmiqayırma zavodunda inşa edilmiş “Icon of the Seas” seriyasına daxildir. Mövcud müqaviləyə əsasən daha iki eyni tipli gəmi tikiləcək, şirkət əlavə iki ədəd gəmi üçün də seçim hüququna malikdir.
“Star of the Seas”in uzunluğu 364,75 metr, eni 48,47 metrdir.
“Star of the Seas” ilk rəsmi səfərindən sonra Karib dənizində kruizlər həyata keçirəcək. Marşrutlara Meksikanın Cozumel və Kosta Maya limanları, həmçinin Hondurasın Roatan adası daxildir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

