Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-22,
Seanews
Heyder Eliyev

ABŞ-nin ən böyük bərə sistemi üçün üç ədəd hibrid-elektrik bərə inşa ediləcək

ABŞ-yə məxsus və Floridada yerləşən “Eastern Shipbuilding Group” şirkəti “Washington State Ferries”dən üç ədəd hibrid-elektrik bərənin tikintisi üçün icra icazəsi alıb.

“Seanews.az” xəbər verir ki, bu, ölkənin ən böyük bərə sistemi üçün son 25 ildə keçirilmiş ilk rəqabətli tenderdir.

Yeni nəsil hibrid-elektrik gəmilər 160 standart ölçülü avtomobili və 1 500 sərnişini daşımaq gücündə olacaq, tam yüklə hərəkət edərkən 17 düyün sürət toplaya biləcək.

Qeyd edək ki, “Washington State Ferries” ABŞ-nin Nəqliyyat Departamentinin tərkibində fəaliyyət göstərir və hər il milyonlarla sərnişinə xidmət göstərən ölkənin ən böyük bərə sistemi hesab olunur.

“Eastern Shipbuilding Group”-un baş direktoru Joey DIsernia açıqlamasında bildirib: “Bizim üçün “Washington State Ferries” ilə bu tarixi təşəbbüsə başlamaq böyük şərəfdir. Şirkət olaraq ən yaxşı Amerika gəmiqayırma ənənələrini, innovasiyanı və ekoloji məsuliyyəti əks etdirən dünya səviyyəli gəmilər təqdim etməyə sadiqik.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır