Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-20,
Seanews
Heyder Eliyev

Reyn çayında hibrid mühərrikli yeni tanker istismara verilib

Niderlandın daxili gəmiçilik şirkəti “VOF Generation” yeni tikilmiş “Generation” adlı tankerini təhvil alıb.

“Seanews.az” xəbər verir ki, gəmi Reyn çayında mineral yağların daşınmasında istifadə ediləcək.

110 metr uzunluğa, 11,45 metr enə malik tanker 2 868 ton yükdaşıma qabiliyyəti ilə fərqlənir. Bu göstərici bazarda mövcud oxşar gəmilərdən təxminən 200 ton çoxdur.

“Generation” hibrid hərəkət sistemi ilə təchiz olunub.

“VOF Generation”-un həmtəsisçisi Danni Mourik gəminin üstünlüyünə toxunaraq bildirib ki, yeni tanker şirkətin biznes modelinə mükəmməl şəkildə uyğun gəlir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır