Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-15,
Seanews
Heyder Eliyev

Çində yeni tipli LNG bunker gəmisi inşa ediləcək

Çinin “Dalian Shipbuilding Offshore” (DSOC) şirkəti ilə “Zhongnen Fuel Injection Technology” şirkəti yeni tipli LNG bunker gəmisi layihəsi üzrə əməkdaşlığa başlayıb.

“Seanews.az” xəbər verir ki, layihəyə əsasən, gəminin uzunluğu 138 metr, eni 24,8 metr, suya oturması isə 7,2 metr olacaq. Ümumi yük tutumu 20 000 kubmetr təşkil edəcək.

Gəmi membran tipli yük saxlama sistemi ilə təchiz ediləcək. Bu da Çində tətbiq ediləcək ilk nümunə olacaq.

Manevretmə qabiliyyətini artırmaq üçün gəmiyə azimut tipli hərəkətverici qurğular quraşdırılacaq. Bundan başqa, gəmidə metan sızmasının qarşısının alınması və karbon tutma texnologiyaları tətbiq olunacaq.

Yeni gəmi gələcəkdə ammonyak bunkerləmə əməliyyatları üçün də uyğunlaşdırıla biləcək. Bundan əlavə, o, qaz testi və soyuq çənlərin ilkin emalı kimi əlavə xidmətlər göstərə biləcək.

Tikinti “China Classification Society” qaydalarına uyğun həyata keçiriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır