Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-09,
Seanews
Heyder Eliyev

“Genco Shipping” yapon istehsalı olan “Capesize” gəmisini 63,5 milyon dollara alıb

ABŞ-nin quru yük daşıyıcısı “Genco Shipping & Trading” ikinci əl gəmi bazarına qayıdışını təsdiqləyib. Şirkət 2020-ci ildə “Imabari” gəmiqayırma zavodunda inşa olunmuş  182 min ton dedveytlik Capesize” gəmisini alıb.

“Seanews.az” xəbər verir ki, gəmi şirkətə 63,5 milyon dollara başa gəlib. Müqavilənin maliyyələşdirilməsi bu ilin əvvəlində genişləndirilmiş 600 milyon dollarlıq dövri kredit xətti vasitəsilə həyata keçiriləcək.

Yeni gəmi 2025-ci ilin sentyabr–oktyabr aylarında təhvil veriləcək və “Genco Courageous” adlandırılacaq.

Hazırda donanmasında 42 quru yük gəmisi olan (onlardan 16-sı “capesize” tipli) “Genco” bu alışla 2023-cü ilin oktyabrından bəri ilk “Capesize” gəmisi investisiyasını həyata keçirib.

Qeyd edək ki, son iki ildə “Genco” köhnə gəmilərin satışından əldə olunan vəsaitin yenidən investisiyası yolu ilə “Capesize” gəmilərinin alınmasına təxminən 200 milyon dollar sərf edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır