Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-26,
Seanews
Heyder Eliyev

“Jinhui Shipping” daha bir gəmisini satıb

Çinin aparıcı quru yük daşımaları şirkəti olan "Jinhui Shipping and Transportation" bu il ərzində dördüncü gəmi satışını həyata keçirib.

"Seanews.az" xəbər verir ki, şirkət 2009-cu ildə istehsal olunmuş 65,900 ton dedveytə malik “Jin Ji” adlı "Supramax" tipli yük gəmisini 11 milyon ABŞ dolları məbləğində Honq-Konqda qeydiyyatdan keçmiş “Huwell Tanker Spring” şirkətinə satmaq barədə razılığa gəlib.

Şirkətin verdiyi açıqlamaya əsasən, sövdələşmənin 2025-ci ilin avqust ayının sonunadək tamamlanması nəzərdə tutulur. “Jinhui” bu satışdan təxminən 1,1 milyon dollar qeyri-nağd maliyyə itkisi qeydə alacaq. 

Hazırda “Jinhui Shipping” donanmasında əsasən "supramax" və "ultramax" seqmentlərinə aid 30 gəmi fəaliyyət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır