

"Clarion" ilk milli konteyner gəmisini istifadəyə verib
Nigeriyada yerləşən logistika şirkəti "Clarion Shipping West Africa Ltd." ilk milli konteyner gəmisini istifadəyə verib.
"Seanews.az" xəbər verir ki, "MV Ocean Dragon" adlı gəmi Nigeriyanın əsas limanlarına və Qərbi Afrika ölkələrinə xidmət göstərəcək.
"Clarion" bu konteyner gəmisini Nigeriyanın dənizçilik sektorunda dönüş nöqtəsi kimi qiymətləndirərək bildirir ki, bu hadisə regional ticarətdə yeni dövrün başlanğıcıdır. Gəminin fəaliyyəti ölkənin dəniz ticarəti üzrə potensialını artıracaq, həmçinin Afrika Qitə Daxili Azad Ticarət Zonası (AfCFTA) çərçivəsində Nigeriyanın liderliyini möhkəmləndirəcək.
"Ocean Dragon" 349 TEU tutuma malikdir və Nigeriya ilə Benin, Toqo, Qana, Syerra-Leone və Fil Dişi Sahili kimi əsas Qərbi Afrika limanları arasında birbaşa konteyner daşımaları həyata keçirəcək. Bu da Afrika ölkələri arasında ticarət əlaqələrinin daha da inkişafına mühüm töhfə verəcək.