Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-16,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük elektrikli sərnişin bərəsi təqdim olunub

Finlandiyada Helsinki–Tallin marşrutu üzrə fəaliyyət göstərəcək dünyanın ən böyük elektriklə işləyən sərnişin bərəsi təqdim edilib.

"Seanews.az" xəbər verir ki, "Helios" adlı bərənin 2030-cu illərin əvvəlində istismara verilməsi planlaşdırılır. 

Məlumata görə, “Helios” 195 metr uzunluğa və 30 metr enə malik olacaq, 85–100 meqavat-saat (MWh) tutumlu nəhəng batareyaları sayəsində təxminən 23 düyün (təxminən 42,5 km/saat) sürətə çatacaq. Təxminən iki saatlıq səfər müddətində 2.000 sərnişin və 650 nəqliyyat vasitəsi daşımaq qabiliyyətinə malik olacaq bərənin ekoloji təmiz və səmərəli nəqliyyat vasitəsi kimi istifadəsi nəzərdə tutulur.

Layihə çərçivəsində “Helios”un enerji ehtiyaclarını təmin etmək məqsədilə limanlarda 30 meqavat gücündə xüsusi enerji doldurma infrastrukturu yaradılacaq.

Yeni nəsil bərə Finlandiyanın Helsinki limanı ilə Estoniyanın Tallin şəhəri arasında yerləşən 43 dəniz mili (təxminən 80 km) məsafədə daimi reyslər həyata keçirəcək. 

Qeyd edək ki, “Helios” layihəsi Finlandiyanın Rauma Tərsanəsi və digər yerli tərəfdaşlarla birlikdə həyata keçirilir və bu təşəbbüs davamlı və ekoloji dayanıqlı dəniz nəqliyyatına keçid istiqamətində mühüm addım kimi qiymətləndirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır