Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-08,
Seanews
Heyder Eliyev

"Jinhui Shipping" "Supramax" tipli yük gəmisini 10,8 milyon dollara satıb

“Jinhui Shipping and Transportation Limited” şirkəti “Jin Gang” adlı "Supramax" tipli quru yük gəmisinin satışı ilə bağlı Sinqapurda yerləşən "Huwell Shipping Pte. Ltd." ilə müqavilə imzalayıb.

"Seanews.az" xəbər verir ki, gəminin satış qiyməti 10,8 milyon ABŞ dolları təşkil edir.

Üzən vasitə 2009-cu ildə tikilib, 56 927 ton dedveytə malikdir və HongKongda qeydiyyatdan keçib. 

Gəmi yeni sahibinə 15 avqust 2025 tarixindək təhvil veriləcək.

Hazırda “Jinhui Shipping” şirkəti ümumilikdə 31 gəmi idarə edir. Onlardan 24-ü şirkətin özünə məxsusdur, 7-si isə çarter (icarə) əsasında fəaliyyət göstərir. Şirkətin donanmasına "Capesize", "Panamax", "Ultramax" və "Supramax" tipli quru yük gəmiləri daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır