Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-08,
Seanews
Heyder Eliyev

Polşada “Miecznik” sinifli növbəti freqatın bünövrəsi qoyulub

Baltik dənizi sahilindəki Qdınya şəhərindəki gəmiqayırma zavodunda ikinci “Miecznik” (“Qılınc balığı”) sinifli freqatın özülü qoyulub.

“Seanews.az”-ın “Defence24” agentliyinə istinadən verdiyi xəbərə görə, “Burza” (“Fırtına”) freqatının 2027-ci ilin üçüncü rübündə suya buraxılması və 2030-cu ilin ikinci rübündə Polşa Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.

Xatırladaq ki, bu sinifin ilk freqatı “Wicher”-in (“Vixr”)” bünövrəsi 2024-cü il yanvarın 31-də Qdınyadakı gəmiqayırma zavodunda qoyulub.

Layihə 106 kimi tanınan “Swordfish” sinifli freqatlar Polşa Hərbi Dəniz Qüvvələrinin müşahidə, baza mühafizəsi və hava hücumundan müdafiə də daxil olmaqla müxtəlif dəniz əməliyyatlarında imkanlarını artırmaq üçün nəzərdə tutulub və onları NATO əməliyyatlarında qiymətli aktivə çevirir.

Gəmilərin uzunluğu təxminən 138 metr, eni 20 metr, göyərtəsinin hündürlüyü 10 metr, yükgötürmə qabiliyyəti 7000 ton, sürəti 28 dəniz mili olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır