Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-05,
Seanews
Heyder Eliyev

Niderlandın freqatları torpeda əleyhinə sistemlərlə təchiz ediləcək

Niderland Hərbi Dəniz Qüvvələrinin freqatları, sualtı qayıqları və tikilməkdə olan yeni desant gəmilərini pilotsuz sualtı aparat və torpedalardan aktiv müdafiə sistemləri ilə təchiz etməyi planlaşdırır.

“Seanews.az” “Defence News”a istinadən xəbər verir ki, torpeda əleyhinə sistemlərin ilk daşıyıcıları sualtı qayıqlara qarşı freqatlar olacaq. Bu barədə ölkənin Müdafiə Nazirliyinin parlamentə göndərdiyi məktubda dövlət katibi Qeys Tuinman bildirib.

Sənəddə qeyd edildiyi kimi, torpeda əleyhinə sistemlərin inkişafı 2028-ci ilə qədər Avropa Birliyinin Daimi Strukturlaşdırılmış Əməkdaşlıq (PESCO) proqramı çərçivəsində həyata keçiriləcək.

Niderland 2029-cu ilə qədər sertifikatlaşdırılmış sistemlərə sahib olmağa ümid bəsləyir ki, bu da ilk yeni sualtı qayıq əleyhinə freqatın istismara verilməsi ilə üst-üstə düşür. Layihəyə 2025-2039-cu illərdə 250 milyon avrodan 1 milyard avroyadək vəsaitin xərclənməsi nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır