Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-01,
Seanews
Heyder Eliyev

Yeni kruiz gəmisi 3571 sərnişinlə səfərə çıxacaq

Böyük kruiz operatorlarından olan “Norwegian Cruise Line” (“NCL”) yeni gəmisi üçün rəsmi adlandırma mərasimi keçirib. Mərasim ABŞ-nin Mayami limanında “NCL”-nin terminalında baş tutub və kruiz gəmisi “Norwegian Aqua” adlandırılıb.

“Seanews.az” xəbər verir ki, şirkət 2025-ci ilin dördüncü rübündən başlayaraq “NCL”-in Baham adalarındakı “Great Stirrup Cay” şəxsi adasına ailə kruiz səyahətləri proqramını genişləndirmək niyyətindədir.

Yeni gəmi “NCL”-nin donanmasında 20-ci və yeni nəsil “Prima Plus” gəmilər seriyasında birincidir. sələfləri “Norwegian Prima” və “Norwegian Viva”-dan ölçü və tutum baxımından böyük olan “Norwegian Aqua” gəmisinin uzunluğu 321,8 metr, ümumi tutumu 156,3 ton, ikinəfərlik kayutlarda sərnişin tutumu 3571 nəfərdir.

Qeyd edək ki, “Norwegian Cruise Line” (“NCL”) şirkəti “Regent Seven Seas Cruises” ilə birlikdə “Norwegian Cruise Line Holdings”-ə (“NCLH”) daxildir. 46 il əvvəl qurulan “NCL” şirkəti 11 xüsusi kruiz gəmisini idarə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır