Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-03,
Seanews
Heyder Eliyev

Avstraliya şirkəti hidrogenlə işləyən yüksək sürətli katamaran-bərə inşa edəcək

İsveçin “Gotlandsbolaget” şirkəti “Austal Australasia” (“Austal Limited” qrupuna daxildir) gəmiqayırma şirkətinə hidrogen yanacağı ilə işləyən 130 metrlik yüksək sürətli sərnişin və yük bərəsinin  layihələndirilməsi və tikintisini sifariş verib.

“Seanews.az” bildirir ki, bu barədə “Austal” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, katamaran-bərə indiyədək “Austal” tərsanələrində inşa edilmiş ən böyük gəmi olacaq. O həm qaz, həm də buxar turbinlərini özündə birləşdirən yüksək səmərəli güc qurğuları ilə təchiz ediləcək.

1500 sərnişin, müxtəlif yüklər və 400 nəqliyyat vasitəsi daşıya biləcək katamaran-bərə “Austal” şirkətinin mühəndisləri tərəfindən layihələndiriləcək. İnşasına 2026-cı ilin birinci yarısında “Austal Philippines” tərsanəsində başlanacaq gəmi 2028-ci ilin ortalarında istismara hazır olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır