Estoniya buzqıran gəmi inşa etməyi planlaşdırır
Estoniya hakimiyyəti buzqıran gəminin tikintisi üçün Aİ-nin “Avropanı birləşdirmə” fondundan maliyyə ayrılmasını xahiş edib.
“Seanews.az”ın erdiyi məlumata görə, layihənin ümumi dəyəri təxminən 122 milyon avro təşkil edir.
Tallinin Aİ-dən alacağına ümid etdiyi vəsaitin təxminən yarısını ödəyə bilər, qalanı isə Baltikyanı respublikanın dövlət büdcəsi hesabına ödəniləcək.
Qeyd edək ki, tikintisi 3-4 il çəkəcək gəmi təkcə buzqırma əməliyyatları üçün deyil, həm də sualtı infrastrukturun mühafizəsi üçün nəzərdə tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır