LNG gəmiləri Malayziyanın tanker donanması operatoruna 2027-ci ildə təhvil veriləcək
Cənubi Koreyanın “Samsung Heavy Industries” gəmiqyırma zavodu Malayziyanın gəmiçilik şirkəti üçün iki yeni mayeləşdirilmiş təbii qaz (LNG) tankeri inşa edir.
“Seanews.az”-ın məlumatına görə, sifarişçi “MISC” tanker donanması operatorudur.
Gəmilərin 2027-ci ildə təhvil veriləcəyi bildirilir.
“MISC” gəmiçilik şirkəti hazırda ümumi dedveyti 13 milyon tondan çox olan 100-dən çox gəmini idarə edir. Bu gəmilərin 31-i mayeləşdirilmiş təbii qaz tankeri, altısı böyük etan daşıyıcısı (VLEC) və ikisi üzən LNG saxlama qurğusudur (FSU).
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır