“Eastern Venus” kruiz layneri Koreya və Vladivostok limanları arasındakı xətdə işləyə bilər
“Eastern Venus” layneri sınaq səfərini reallaşdırıb. Hazırda gəminin Koreya-Yaponiya marşrutu üzrə istismarı planlaşdırılır.
“Seanews.az” xəbər verir ki, Asiya-Sakit Okean regionunda ən böyük okean sərnişin laynerlərindən biri olan “Eastern Venus” Koreya və Vladivostok arasındakı xəttə daxil ola bilər - hazırda danışıqlar aparılır.
2023-cü ildə istismara verilən gəminin uzunluğu 183,4 metr, eni 25 metr, dedveyti 4202 ton, sürəti 21 düyündür.
“Eastern Venus” layneri göyərtəsinə 180 heyət üzvü ilə yanaşı, 720 sərnişin qəbul edə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır