“Vard” yeni kabelçəkən gəmini təhvil verib
Gəmi inşaatçısı “Vard” Danimarkanın dəniz mühəndisliyi podratçısı və gəmi sahibi “NCT Offshore” şirkətinə yeni sualtı kabelçəkən gəmini təhvil verib.
“Seanews.az” xəbər verir ki, 18 aya tikilən gəmi Danimarkaya ilk səfərinə hazırlanır, burada sınaqdan keçiriləcək və əlavə təchizat, o cümlədən kabel çəkilişi, sualtı iş və keçid sistemi üçün avadanlıqlarla təmin ediləcək.
Gəmi “Vard”-ın özünün “9 01” layihəsi üzrə tikilib.
Danimarkanın “NCT Offshore” şirkəti dəniz külək stansiyalarının tikintisi bağlı müqavilələri həyata keçirən donanmanın sahibi və operatorudur.
“Vard Holdings” şirkətinin Norveçdə beş, Rumıniyada iki, Braziliyada iki və Vyetnamda bir gəmiqayırma zavodu da daxil olmaqla on gəmiqayırma zavodu var. Əsas səhmdarı İtaliyanın “Fincantieri” gəmiqayırma qrupudur.