“COSCO Shipping” şirkəti “Kamsarmax” tipli 10 yeni balkerin tikintisini sifariş edib
“COSCO Shipping” törəmə şirkəti “Cosco Shipping Bulk” üçün sifariş edilmiş 10 yeni “Kamsarmax” gəmisi ilə quru yük seqmentində gəmi tikintisi proqramını davam etdirir.
“Seanews.az” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“Everbright Financial Leasing” lizinq və “Jiangsu Hantong Shipbuilding” gəmiqayırma şirkətləri ilə müvafiq üçtərəfli müqavilə imzalanıb. Söhbət dedveyti 82 min ton olan 10 yeni balkerin tikintisindən və uzunmüddətli icarəyə verilməsindən gedir. Gəmilərin çatdırılma şərtləri və müqavilənin digər detalları açıqlanmır.
Xatırladaq ki, 2024-cü il sentyabrın əvvəlində “COSCO Shipping Development” (“COSCO” qrupunun maliyyə bölməsi, Şanxay) 42 yeni quru yük gəmisi üçün investisiya, gəmiqayırma və lizinq müqaviləsinin imzalandığını bildirmişdi. Müqavilənin ümumi dəyəri təxminən 2 milyard dollardır.