Niderlandda inşa olunan yedək gəmisi Qazaxıstan operatoruna təhvil verilib
Niderlandın “Damen Shipyards Group” şirkəti “Shoalbuster” (“Sbu”) 3209 modul yedək gəmisini Qazaxıstanın “Caspian Offshore Construction” şirkətinə təhvil verib.
“Seanews.az”-ın məlumatına görə, “Caspian Lotus” adlı gəmi Fars körfəzində dibdərinləşdirmə layihəsində istifadə olunacaq.
Gəminin dedveyti 195 ton, uzunluğu 32,37 metr, eni 9,1 metr, hündürlüyü 4,4 metr, suya oturumu 3,3 metr, göyərtə sahəsi 80 kv. metr, sürəti 11 düyün, heyəti 9 nəfərdir.
“Caspian Lotus” yedək gəmisi “Caspian Offshore Construction”-ın yarısı “Damen” tərəfindən inşa edilmiş 50 gəmidən ibarət donanmasına qoşulacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır