Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-14,
Seanews
Heyder Eliyev

Hindistan “Scorpene” sualtı qayıqları əldə etməyə hazırlaşır

Hindistan gələn aya qədər parkı üçün 26 ədəd “Rafale” döyüş təyyarəsi və 3 ədəd əlavə “Scorpene” sualtı qayığı almaq üçün iki müqavilə imzalayacaq.

Ordu.az xəbər verir ki, Hindistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı admiral Dineş Tripathi mətbuat konfransı zamanı satınalmanın dəyərinin təxminən 10 milyard dollar olduğunu açıqlayıb.

Son illərdə Yeni Dehli Fransa ilə “Rafale” təyyarələrini satın almaq, Fransanın “Naval Group” şirkəti və Hindistanın “Mazagon” gəmiqayırma şirkətinin obyektlərində 3 ədəd “Scorpene” sinfinə məxsus sualtı qayıq inşa etmək üçün danışıqlar aparır.

Tripathi həmçinin bəyan edib ki, Yeni Dehli Hind okeanında Çin HDQ-nin fəaliyyətinə nəzarət etmək üçün səylərini gücləndirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır