Türkiyənin dəniz patrul gəmisi ilk səfərə hazırlaşır
“Askeri Fabrika ve Tersane İşletme Anonim Şirketi”nin (“ASFAT”) əsas podratçılığı altında “İstanbul” Gəmiqayırma Zavodu Komandanlığında Türkiyə Hərbi Dəniz Qüvvələri üçün inşa edilən dəniz patrul gəmisi ilk səfərə hazırlaşır.
Ordu.az xəbər verir ki, “ASFAT”-ın açıqlamasında belə deyilir.
Məlumatda vurğulanır ki, “İstanbul” Gəmiqayırma Zavodu Komandanlığı tərəfindən inşa edilən “Hisar” sinfinə məxsus dəniz patrul gəmisi tezliklə ilk səfərinə çıxacaq.
“ASFAT” olaraq əsas podratçısı olduğumuz, “İstanbul” Gəmiqayırma Zavodu Komandanlığı tərəfindən inşa edilən “Hisar” sinfinə məxsus dəniz patrul gəmisi tezliklə ilk səfərinə çıxacaq. Yerli və milli müdafiə sənayemizi gücləndirməyə, dövlətimizin və millətimizin güclü gələcəyi üçün istehsal etməyə davam edəcəyik”, - deyə açıqlamada qeyd olunub.