“VLCC” tankerləri üçün yük tarifləri aşağı düşüb
“VLCC” tankerləri üçün Yaxın Şərq - Yaponiya istiqamətində spot yük tariflərində 2024-cü ilin noyabrında azalma qeydə alınıb.
“Seanews.az” xəbər verir ki, bundan əvvəl üç ay ardıcıl olaraq artım müşahidə olunmuşdu.
“MOL” gəmiçilik şirkətinin “Clarkson Research”-in məlumatlarından istifadə edərək hazırladığı icmalda belə deyilir.
Hesabat ayında bu tankerlər üzrə orta spot məzənnə əvvəlki ayla müqayisədə 21,7% azalaraq gündəlik təxminən 26,6 min dollar təşkil edib. Bu göstərici də 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 51,87% aşağıdır.
Qeyd edək ki, “VLCC” tankerləri xam neftin uzun məsafələrə daşınması üçün istifadə olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır