Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

“HD Korea Shipbuilding” ilin əvvəlindən 150 gəminin inşası üçün sifarişlər alıb

Cənubi Koreyanın “HD Korea Shipbuilding & Offshore Engineering” (“HD KSOE”) gəmiqayırma qrupu adı açıqlanmayan bir Avropa şirkətindən iki mayeləşdirilmiş təbii qaz (LNG) bunker gəmisi tikmək üçün sifariş alıb.

“Seanews.az” xəbər verir ki, müqavilənin dəyəri 247,9 milyard von (185,4 milyon dollar) təşkil edir.

Sifarişi “HD KSOE”-nin “HD Hyundai Mipo Dockyard”  gəmiqayırma zavodu yerinə yetirəcək. Yanacaq təchizatı gəmiləri Ulsan tərsanəsində tikiləcək. Razılaşmaya əsasən, onlar 2027-ci ilin noyabrına kimi istismara hazır olmalıdır.

Bu ilin əvvəlindən “HD Korea Shipbuilding” ümumi dəyəri 17 milyard dollar olan 150 gəminin inşası üçün sifarişlər alıb. Bu, şirkətin illik 13,5 milyard dollarlıq hədəfindən çoxdur.

Qeyd edək ki, “HD Korea Shipbuilding & Offshore Engineering” (“HD KSOE”) üç gəmiqayırma bölməsindən ibarətdir: “Hyundai Heavy Industries”, “Hyundai Mipo Dockyard” və “Hyundai Samho Heavy Industries”. Holdinq gəmiqayırma, neft emalı və maşınqayırma sahəsində ixtisaslaşmış “HD Hyundai Group”-a daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır