“Globus Maritime” iki ədəd “Kamsarmax” tipli gəmi alıb
Yunanıstanın “Globus Maritime” şirkəti iki ədəd “Kamsarmax” tipli gəmi alıb. Gəmilərin hər birinin dedveyti təxminən 82.000 tondur.
“Seanews.az” xəbər verir ki, şirkət yeni aldığı gəmilər üçün ümumilikdə 54 milyon dollar ödəyib.
Məlumata görə, gəmilərdən biri 2016-cı ildə, digəri isə 2014-cü ildə inşa edilib.
Qeyd edək ki, bu satınalmaya qədər “Globus Maritime”nin donanmasında 8 gəmi olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır