Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-12,
Seanews
Heyder Eliyev

Koreya gəmiqayırma sənayesi aylıq sifarişlərə görə Çin müəssisələrinə uduzur

Avqust ayında qlobal gəmi sifarişləri 3,87 milyon CGT (106 gəmi) təşkil edib ki, bu da 2023-cü ilin eyni ayına nisbətən 27% çoxdur.

 “Clarkson Research”-in sentyabrın 5-də açıqladığı məlumatda belə deyilir.

Sifariş qəbuluna görə Çin 3,47 milyon CGT (95 gəmi) ilə liderlik edir və bu ümumi sifarişlərin  90% təşkil edir.

İkinci yerdə 80 000 CGT (4 gəmi) və ya 2% ilə Koreya gəlir.

Bu ilin əvvəlindən Koreya gəmiqayırma sənayesi aylıq sifarişlərə görə Çin gəmiqayırma sənayesinə uduzur, yalnız iyul ayında 40% payla liderlik nümayiş etdirib.

2024-cü ilin yanvar-avqust aylarında qlobal sifariş kitabının ümumi həcmi 40,207 milyon CGT (1454 gəmi) təşkil edib ki, bu da 2023-cü ilin 8 ayı ilə müqayisədə (32,232 milyon CGT və ya 1436 gəmi) 30% çoxdur. Bunlardan 28,22 milyon CGT (115 gəmi və ya 67%) Çinin, 8,22 milyon CGT (181 gəmi və ya 20%) Cənubi Koreyanın payına düşüb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 53% və 14% çoxdur.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır