

Qazaxıstan 7 yeni gəmi inşa edəcək
Qazaxıstanda 7 yeni gəminin inşası planlaşdırılır.
“Seanews.az” xəbər verir ki, bunu Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin Dəmir Yolu və Su Nəqliyyatı Komitəsi sədrinin müavini Kasım Tlepov mətbuat konfransında ölkənin ticarət donanmasının genişləndirilməsi barədə danışarkən bildirib.
İnşası nəzərdə tutulan 7 yeni gəminin 3-ü tanker, 2-si bərə və 2-si konteyner gəmisi olacaq.
Hazırda milli dəniz daşıyıcısı “Kazmortransflot” şirkəti layihə üzrə tərəfdaşlarla texniki məsələlər üzərində işləyir.
Qeyd edək ki, bu gün Qazaxıstanın ticarət donanması 10 tanker, 4 quru yük gəmisi və 3 konteyner gəmisi olmaqla 17 gəmidən ibarətdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır