

Dünyanın metanol yanacağı ilə işləyən ən böyük konteyner gəmisi “Antonia Maersk” adlandırılıb
Dünyanın metanol yanacağı ilə işləyən ən böyük konteyner gəmisi “Antonia Maersk” adlandırılıb. Mərasim Orhus limanında baş tutub.
“Seanews.az” xəbər verir ki, Danimarkanın “Maersk” gəmiçilik şirkətinə məxsus gəminin uzunluğu 350 metrdir və bir səfərdə 16,5 min konteyner götürə bilər.
Mərasimdə çıxış edən “Maersk”-in baş direktoru Vincent Klerk şirkətin təmiz yanacağa keçməklə karbon qazı tullantılarını azaltmaq öhdəliyinə sadiq qalacağını vurğulayıb.
“Maersk” şirkəti metanolla işləyən “Ane Maersk”, “Astrid Maersk” və “Laura Maersk” gəmilərinə sahibdir. 2023-cü ildə suya buraxılan “Laura Maersk” dünyanın metanolla işləyən ilk gəmisi sayılır.
“Maersk” şirkətində əmindirlər ki, yaşıl metanoldan istifadə gəmilərdən emissiyaları ən azı 65% azaldır.