Rumıniyada təmirdə olan gəmidə yanğın olub - VİDEO
Rumıniyanın Nevodar şəhərinin (Konstantsa judetsi) Midiya limanında yerləşən gəmiqayırma zavodunda təmir işləri aparılan gəminin mühərrik hissəsində yanğın baş verib.
"Seanews.az" xəbər verir ki, yanğın nəticəsində dörd nəfər həlak olub.
Yanğın gəmidəki stasionar karbon qazı qurğularından istifadə edilməklə söndürülüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır