Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-14,
Seanews
Heyder Eliyev

Türkiyə HDQ-nin inventarına “Sürətli nəqliyyat gəmiləri” daxil olub

İDO-dan alınan “Oruç Reis V”, “Seydi Ali Reis I” və “Kaptan Paşa” katamaranları “Sürətli nəqliyyat gəmiləri” adı iləTürkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) inventarına daxil edilib.

"Seanews.az" xəbər verir ki, həmin gəmilər artıq Türkiyə HDQ Komandanlığının rəsmi internet saytına əlavə olunub.

Gəmilər müvafiq olaraq  TCG “Muğla”, TCG “Mersin”, TCG “Gazimuğusa” adlandırılıb. Onlar hazırda texniki qulluq və təmir işləri üçün “İzmir” Gəmiqayırma Komandanlığına məxsus “Alaybey” Zavodundadır.

Onu da qeyd edək ki, gəmilərin hər üçü 1997-ci ildə inşa edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır