Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-13,
Seanews
Heyder Eliyev

“Unifeeder”-in donanmasına iki yeni konteyner gəmisi qoşulur

Çinin “Changhong” gəmiqayırma zavodunda iki yeni konteyner gəmisinin istismara verilməsi mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, gəmilər “Unifeeder” kabotaj operatorunun (“DP World”-ün dəniz xidmətləri bölməsinə daxildir) donanmasına qoşulacaq.

“Sapphire 5300” layihəli “Navios Utmost” və “Navios Unite” konteyner gəmiləri iki “Unifeeder” xəttinə - “Far East Madras Express Service” (“FME”) və “Asian Gulf India Service”-yə (“AGI”) xidmət göstərəcək.

Optimallaşdırılmış gövdə formasına malik bu yığcam gəmilər yüklərin işlənməsinin səmərəliliyini artırmaq, istismar xərclərini azaltmaq və yanacağa qənaət etmək üçün ən son texnologiyalarla təchiz edilmişdir. Məsələn, “Navios Utmost” gəmisinin nəzərdə tutulan marşrutlarda istifadəsi operatora ildə təxminən 1,7 ton yanacağa qənaət etməyə imkan verəcək. Qrupun məlumatında bildirilir ki, bu, karbon emissiyalarını 15%-dən 20%-ə qədər azaldacaq.

“Sapphire 5300” seriyalı gəmilərin yığcam konstruksiyası həm də manevr qabiliyyətini təmin edir və kiçik limanlara belə daxil olmağa imkan verir.

Fider operatoru “Unifeeder” (1977-ci ildə Danimarkada yaradılmışdır) Şimali Avropa, Aralıq dənizi, Hindistan yarımadası, Asiya, Yaxın Şərq və Afrikaya yüklərin daşınmasını həyata keçirir. “Unifeeder”-in donanması təhlükəli kimyəvi maddələr də daxil olmaqla, əksər növ yükləri daşıyan və tutumu 350 ilə 1600 TEU arasında dəyişən 36 gəmidən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır