Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-14,
Seanews
Heyder Eliyev

“Fratelli Cosulich Bunkers Singapore” üçün tikilən daha bir gəmi gələn ilin sonuna hazır olacaq

Sinqapurda İtaliyanın “Fratelli Cosulich Group”-nun donanmasına qoşulacaq yeni bunker gəmisinin adlandırılması mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, dedveyti təxminən 8 min ton olan “Marta Cosulich” kimyəvi tankeri Beynəlxalq Dəniz Təşkilatının (IMO) “Type-2” standartlarına cavab verir. 8,7 min kubmetr tutumlu yük çənlərinin "yaşıl" metanol və bioyanacağı nəql etməyə imkan verən xüsusi örtüyü var.

Dəniz nəqliyyatı və logistika bazarında “Fratelli Cosulich” şirkətlər qrupu (Cenua, İtaliya) 1857-ci ildə yaradılıb və hazırda Kosuliç ailəsinin yeddinci nəslinə məxsusdur.

“Fratelli Cosulich” şirkətlər qrupuna daxil olan “Fratelli Cosulich Bunkers Singapore”-in Sinqapurdakı donanması hazırda beş bunker gəmisi və bir kimyəvi tankerdən (“Marta Coluich”) ibarətdir. Şirkət üçün tikilən daha bir bunker gəmisi isə gələn ilin sonuna hazır olacaq.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır