Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-27,
Seanews
Heyder Eliyev

“KSOE” qrupunun gəmiqayırma şirkətləri 2024-cü ilin ilk 100 günü ərzində 86 sifariş əldə edib

“HD Korea Shipbuilding & Offshore Engineering” (“KSOE”, “HD Hyundai Group”-a daxildir) qrupunun gəmiqayırma şirkətləri 2024-cü ilin ilk 100 günü ərzində 9,86 milyard dollar dəyərində 86 sifariş və ya bu il üçün nəzərdə tutulan sifarişlərinin 73%-ni (13,5 milyard dollar) əldə edib.

“Seanews.az” hesabatda Cənubi Koreya tərsanələrinin gəmiqayırma sifarişlərini yalnız yüksək əlavə dəyərə malik gəmilər üçün seçdiyi vurğulanır. Son 15 ildə ilk dəfə olaraq onlar ekoloji cəhətdən təmiz gəmilərə tələbatın sürətlə artdığını görürlər.

15 aprel 2024-cü il tarixinə ekoloji cəhətdən təmiz gəmilərin inşası üzrə ixtisaslaşan “HD Hyundai Samho Heavy Industries” (“HD KSOE”-nin törəmə müəssisəsi) gəmiqayırma şirkəti ümumi məbləği 3,54 milyard dollar olan 23 sifariş (planlaşdırılmış həcmin 110,7%-i) alıb. “HD HHI” illik planı 50,1 faiz, “HD Hyundai Mipo” tərsanəsi 87,3 faiz yerinə yetirib.

Bu il “HD KSOE” altı mayeləşdirilmiş təbii qaz (LNG) tankerinin, 32 mayeləşdirilmiş neft qazı (LPG) və VLAC ammonyak tankerinin, bir etanol tankerinin, iki mayeləşdirilmiş karbon qazı daşıyıcısının, altı VLCC tipli neft tankerinin, bir üzən anbar və qazlaşdırma sisteminin (FSRU) və bir dəniz kompleksinin tikintisi üçün müqavilələr bağlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır