Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

“ZIM” ilin sonunadək daha 19 yeni gəmini istismara qəbul edəcək

İsrailin “ZIM” daşıyıcısı ən böyük konteyner xətləri üzrə qlobal reytinqdə 10-cu yerdən 9-cu yerə yüksələrək Tayvanın “Yang Minq” gəmiçilik şirkətini arxada qoyub.

Bu barədə “Seanews.az” “Linerlytica”-nın məlumatlarına istinadən xəbər verir.

15 248 TEU-luq “ZIM Mount Vinson” konteyner gəmisinin istismara qəbulu ilə “ZIM”-in yükgötürmə qabiliyyəti indi  707,348 TEU təşkil edir ki, bu da  “Yang Ming”-dən 348 TEU çoxdur. İlin sonunadək İsrail xətti daha 19 yeni gəmini istismara qəbul etməyi planlaşdırır.

Beləliklə, 2020-ci ildən bəri “ZIM”-in donanması iki dəfədən çox böyüyüb.

Öz növbəsində, 2022-ci ildə “Yang Ming” reytinqdə 8-ci yeri tuturdu, lakin bu müddət ərzində onu ilk olaraq “HMM” qabaqladı, indi isə “ZIM” arxada qoyub. Tayvan xəttinin daşıma qabiliyyətinin artması yalnız 2026-cı ildə gözlənilir.

Yada salaq ki, 2021-ci ildə konteyner gəmilərinin tikintisi üçün sifarişlərin artması fonunda “Yang Ming” yeni gəmilərin tikintisinə sifariş verməyən bir neçə konteyner xəttindən biri və 2023-cü ildən demək olar ki, yeni konteynerlərin qəbulunu planlaşdırmayan yeganə şirkət idi.

Onda “Yang Ming”-un İdarə Heyətinin sədri Çenq Çenq-Maunt demişdi ki, “Maliyyə vəziyyətimiz yaxşılaşır, lakin hələ lazımi səviyyədə deyil. Biz istismarda olan gəmilərimizin tam yüklənməsini və gəlirli olmasını təmin etməliyik. Bundan əlavə, dekarbonizasiyaya keçid nəzərə alınmalıdır. İki yanacaqlı mühərrikləri olan konteyner gəmiləri çox bahadır.”

Ancaq daha sonra, 2022-ci ildə şirkət yeni gəmilər sifariş verdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır