Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

ABŞ-də yeni buzqıran gəminin tikintisi təxirə salınır

ABŞ-nin Sahil Mühafizəsi üçün yeni buzqıran gəminin tikintisi üzrə Amerika layihəsi dalana dirənib. 2025-ci ildə 47,2 milyon dollar ayrılmayacaq.

“Seanews.az” xəbər verir ki, əvvəlcə buzqıran gəminin inşasının 2024-cü ilə qədər tamamlanacağı planlaşdırılırdı, indi yeni tarix müəyyən edilib - 2028, lakin bu da şübhə altındadır.

“Halter Marine” - indiki “Bollinger Shipyards” tərsanəsi 2019-cu ildə buzqıran gəminin inşası üçün sifariş aldı, lakin tələb olunan 85 modulun ilk səkkizinin polad kəsimi 2023-cü ilə qədər baş tutmadı.

ABŞ Hökumətinin Hesabat İdarəsi və Sahil Mühafizəsi buzqıran gəminin inşasının 2028-ci ildə başa çatdırılacağına ümid edir.

“Severpost” “High North News”-a istinadən xəbər verir ki, bununla belə, ekspertlər daha əvvəl gəminin tikintisinin 2030-cu ildən tez başa çatdırılmayacağı barədə xəbərdarlıq ediblər.

Xatırladaq ki, ABŞ buzqıran gəmilərin sayında Rusiyadan xeyli geridə qaldığını etiraf edib. Amerika Silahlı Qüvvələrinin Şimal Komandanlığının rəhbəri Qreqori Gilyo Senatda keçirilən dinləmələrdə bildirib ki, hətta sifariş olunan gəmiləri nəzərə alsaq belə, ABŞ buzqıran donanması yenə də Rusiyadan əhəmiyyətli dərəcədə geri qalacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır