Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Gəmiçilik şirkəti ikinci avtomobil daşıyıcısını təhvil alıb

“CMA CGM” gəmiçilik şirkəti donanmasına daha bir avtomobil daşıyıcısı qəbul edib.

“Seanews.az” xəbər verir ki, gəmi “CMA CGM Monaco” adlandırılıb. Bu, “Eastern Pacific Shipping” tərəfindən “CMA CGM” üçün inşa ediləcək dörd LNG avtomobil daşıyıcısından ikincisidir.

Avtomobildaşıyan Çinin “Jinling Shipyard Jiangsu” tərsanəsində inşa edilib. Gəminin uzunluğu 200 metr, eni 38 metr, tutumu 7 min avtomobil, göyərtələrin sayı 12-dir.

“CMA CGM”-in ilk avtomobil daşıyıcısı “CMA CGM Indianapolis” keçən həftə Bremerhaven limanındakı “BLG AutoTerminal”-ına ilk dəfə yan alıb.

Bu il daha iki avtomobildaşıyıcının istifadəyə verilməsi planlaşdırılır.

2023-cü ildə “CMA CGM” Fransanın yük-sərnişin bərə operatoru “La Méridionale”-ni alması ilə nəqliyyat vasitələrinin daşınması biznesini xüsusi dəniz bölməsinə birləşdirdi.

"La Méridionale”-yə sadiqliyini təsdiqləyən qrup, Fransa bayrağı altında fəaliyyət göstərəcək şirkət üçün iki LNG ilə işləyən yük-sərnişin bərəsi sifariş etdiyini açıqlayıb", - “Offshore Energy” yazır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır