Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

“Samsung Heavy Industries” gəmiqayırma şirkəti Yaxın Şərq gəmiçiliyi üçün 15 LNG daşıyıcısı tikəcək

Sifarişlərin sayına görə dünyanın üçüncü ən böyük gəmiqayırma şirkəti olan Cənubi Koreyanın “Samsung Heavy Industries” (“SHI”, “Samsung Group”-a daxildir) 170 min kubmetr tutumlu 15 LNG tankerinin tikintisi üçün 3,43 milyard dollar dəyərində müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, sifarişçi “Qatar Energy” şirkətidir.

Gəmilərin 2028-ci ilin oktyabrında istismara verilməsi planlaşdırılır.

Beləliklə, “SHI”-nin bu il üçün ümumi sifarişləri 17 gəmi (15 LNG tankeri və 2 VLAC ammonyak tankeri) təşkil edir.

Bildirilir ki, cəmi bir ay ərzində sifarişlərin dəyəri 3,7 milyard dollara çatıb ki, bu da ötən ilki 8,3 milyard dollarlıq ümumi məbləğin təxminən yarısıdır.

Sifariş portfelinə yüksək dəyərə malik 90 LNG tankeri daxildir ki, bu da gəmiqayırma zavodunun kollektivi üçün bir neçə il zəmanətli işi təmin edəcək.

1974-cü ildə yaradılmış Samsung Heavy Industries (SHI, baş ofisi Seulda yerləşir) dünyanın ən böyük gəmiqayırma şirkətlərindən biridir və müxtəlif növ gəmilərin, dənizdə üzən kranların, portal kranların, gəmilər üçün rəqəmsal avadanlıqların tikintisi ilə məşğuldur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır