Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

“CMA CGM” unikal dizaynlı konteyner gəmisini təhvil alıb

“CMA CGM” unikal dizayn edilmiş LNG konteyner gəmisini təhvil alıb.

“Seanews”-in məlumatına görə, bu, Danimarka mühəndislik şirkəti “Odense Marine Technique” (“OMT”) və Fransanın “Chantiers de l'Atlantique” konstruktor bürosu tərəfindən hazırlanmış layihə əsasında inşa olunacaq on gəmidən birincisidir.

Koreyanın “Hyundai Mipo” tərsanəsində inşa edilən yeni konteyner gəmisi “CMA CGM Mermaid” adlanır, tutumu 2 min TEU-dur. O, oxşarı kimi Şimali Avropa və Aralıq dənizi limanları arasında fider daşımalarda iştirak edəcək. Yaxın gələcəkdə “CMA CGM Mermaid” ilk səfərinə çıxacaq.

“Bu, texniki xüsusiyyətləri ilə seçilən konteyner gəmisinin yeni modelidir. Layihənin unikal xüsusiyyətlərindən biri gəminin hidrodinamik və aerodinamik xüsusiyyətlərini yaxşılaşdıran uzunluq (204,29 m) və eninin (29,6 m) nisbətidir. Bunlar şirkətin donanmasının üst tikililəri ön hissədə olan ilk konteyner gəmiləri olacaq", - deyə “CMA CGM” qeyd edir.

Ön hissənin yeni konfiqurasiyası həm də hər səfərdə yanacaq sərfiyyatını 15% azaldacaq.

Layihə gəmiləri LNG ilə işləyir ki, bu da kükürd oksidlərinin emissiyalarını 99%, azot oksidlərini 92% azaltmağa imkan verir.

Seriyadakı qalan gəmilərin 2025-ci ilin yanvar ayına qədər mərhələli şəkildə çatdırılması planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır