Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-14,
Seanews
Heyder Eliyev

Sualtı əməliyyatlar və dəniz külək stansiyalarına xidmət üçün dünyanın ilk metanol gəmisi sifariş edilib

“Eidesvik Offshore” müasir tikintiyə dəstək gəmisinin (CSV) tikintisi layihəsi üçün “Agalas” şirkəti ilə “Eidsvik Agalas AS” bigə müəssisəsini yaradıb.

"Seanews.az" xəbər verir ki, gəmi tədqiqatların aparılması, sualtı qurğulara texniki xidmət, onların təmiri və dəniz külək turbinlərinin istismarına dəstək üçün istifadə olunacaq.

Bu tip gəminin bir özəlliyi də metanolla işləyə bilən mühərriklər və akkumulyator hibrid sistemi ilə təchiz olunmasıdır.

“Eidesvik Offshore”-nin payı (50,1%) olacaq. Qalanları Şimali Norveçdən olan gəmi sahibi “Aqalas” şirkətinə məxsus olacaq. “Eidesvik Aqalas” əlavə dörd oxşar gəmi tikmək imkanına malikdir.

Gəminin layihəsini “NSK Ship Design” konstruktor bürosu “Agalas” şirkəti ilə birlikdə hazırlayıb. Gəmi 2026-cı ilin əvvəlində sifarişçiyə təhvil verməyi öhdəsinə götürən Türkiyənin “Sefine” tərsanəsində inşa ediləcək. Bundan sonra “Reach Subsea” şirkəti ilə 3 ildən 5 ilədək müddətə taym-çarter müqaviləsi bağlanacaq. Heyəti də daxil olmaqla, gəminin tam idarə edilməsi “Eidesvik” tərəfindən təmin ediləcək.

Gəminin uzunluğu 99,9 metr, eni 21 metr, tutumu 100 nəfər olacaq. Təxminən 900 kv. metr göyərtədə dalğanizamlayan sistemi ilə 150 ​​tonluq kran quraşdıracaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır