Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

“Oasis” sinifli yeddinci kruiz gəmisinin tikintisi üçün razılıq əldə olunub - VİDEO

“Royal Caribbean Group” (“RCL”)  Fransanın “Chantiers de l'Atlantique” (“CdA”) gəmiqayırma şirkəti ilə “Royal Caribbean International” kruiz brendinin donanmasına “Oasis” sinifli yeddinci kruiz gəmisinin tikintisi üçün razılıq əldə edib.

“Seanews.az” xəbər verir ki, tikinti şirkəti laynerin 2028-ci ildə istismara hazır olacağını vəd edir.

Müqavilə maliyyə məsələləri həll olunan kimi bağlanacaq.

2024-cü ilin yayında “Utopia of the Seas” gəmisinin istifadəyə veriləcəyi gözlənilir. Bu yaxınlarda isə şirkət üç yeni kruiz gəmisini təqdim edib. Bunlar “Silver Nova”, “Celebrity Ascent” və “Icon of the Seas” olub.

“Royal Caribbean Cruises Ltd.” Amerikanın beynəlxalq kruiz şirkətidir və “Carnival Corporation & PLC”-dən sonra ikinci ən böyük kruiz xətti operatorudur. Liberiyada qeydiyyatdan keçən şirkətin baş ofisi Mayamidə, Floridada yerləşir.

 Qeyd edək ki, qrupun 2023-cü ildə ümumi gəliri 13,9 milyard dollar, mənfəəti isə 1,7 milyard dollar (səhm üçün 6,31 dollar) təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır