Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

“Proman Stena Bulk” donanması altı metanol tankerindən ibarət son iki gəmini qəbul edib

Tanker şirkəti “Stena Bulk” və metanol istehsalçısı “Proman”-ın birgə müəssisəsi olan “Proman Stena Bulk” şirkəti Çinin “Guangzhou Shipyard International” (“GSI”) tərsanəsində iki gəmiyə ad verilməsi mərasimi keçirib.

“Seanews.az” xəbər verir ki, “Stena Provident” və “Stena Progressive” metanolla işləyən altı tankerdən ibarət seriyanın sonuncu gəmiləridir.

Gəmiqayırma zavodu seriyanın dedveyti 49,9 min ton olan gəmilərini üç il ərzində tikib.

İstifadəyə verildikdən sonra iki yanacaqlı mühərrikləri olan gəmilər ildə 12 min ton metanol istehlak edəcək, azot oksidi emissiyalarını 80% azaldacaq, karbon qazı emissiyaları isə adi gəmi yanacağından 15% az olacaq.

“Stena Provident” və “Stena Progressive” gəmilərinin yük çənləri polimer astarla təchiz olunub. Tankerlərin taym-çarterə verilməsi planlaşdırılır.

Qeyd edək ki, “Stena Bulk” şirkətinin donanmasına 115 tanker daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır