Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

"ONE Innovation" gəmisi təhvil verilib

“ONE” şirkəti 24136 TEU konteyner gəmisini təhvil alıb.

“Seanews.az”-ın məlumatına görə, gəmi "ONE Innovation" adlandırılıb.

Konteyner gəmisi külək deflektoru, enerjiyə qənaət edən texnologiyalar və işlənmiş qazların təmizlənməsi sistemi ilə təchiz olunub. Bu, “ONE” tərəfindən 2020-ci ildə Yaponiyanın “Imabari Shipbuilding” və “Japan Marine United Corporation” tərsanələrinə sifariş edilmiş altı “Megamax” konteyner gəmisindən birincisidir.

Konteyner gəmisinin uzunluğu 399,9 metr, eni 61,4 metr, suya oturumu 16,5 metrdir.

“ONE Innovation”  konteyner gəmisi “ONE”-dan əlavə “Hapag-Lloyd”, “HMM” və “Yang Ming”-in daxil olduğu “THE Alliance” (“THEA”) çərçivəsində Asiya-Avropa marşrutunda istismar ediləcək. Gəmi Ninbo - Syamen - Kaosyun - Yantan - Sinqapur - Rotterdam - Hamburq - Antverpen - Southampton - Algeciras - Sinqapur - Yantyan - Honkong - Kaosyun – Ninbo ardıcıllığı ilə limanlara yan alacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır