Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“SH Diana” dəniz sınaqlarına hazırlaşır

Finlandiyanın “Helsinki Shipyard Oy” Gəmiqayırma Zavodunda inşa edilən Vega seriyasının üçüncü ekspedisiya kruiz gəmisi “SH Diana” dəniz sınaqlarına hazırlaşır.

“Seanews.az”-ın məlumatına görə, “Swan Hellenic” şirkətinə məxsus gəmi bu seriyanın digər gəmiləri ilə müqayisədə daha böyük uzunluğa və tutuma malikdir.

“SH Diana”nın dəniz sınaqları 13-19 mart 2023-cü il tarixlərinə planlaşdırılır.

Xatırladaq ki, 2021-ci ilin dekabrında suya buraxılan və 2022-ci ilin iyulunda istismara verilən  iki yeni beşulduzlu ekspedisiya kruiz gəmisi - “SH Minerva” və “SH Vega” PC 5 buz sinfinə malikdir. Hər birinin sərnişin tutumu 152 nəfərdir. Tonnaj baxımından bir qədər böyük olan və PC 6 buz sinfinə malik “SH Diana” gəmisi 192 sərnişin qəbul edə bilir.

Qeyd edək ki, “Swan Hellenic” (qərargahı Nikosiya, Kipr) uzun kruiz səfərlərini həyata keçirir. Şirkətin Almaniya, ABŞ, Hindistan, Honkonq və Avstraliyada ofisləri var.

Finlandiyanın paytaxtında yerləşən “Helsinki Shipyard Oy” əsasən çətin hava şəraitində əməliyyatlar üçün ixtisaslaşmış gəmilər inşa edir. Buzqıran gəmilərin layihələndirilməsi və tikintisi sahəsində təcrübəyə malik gəmiqayırma şirkəti sərnişin bərələri və kruiz gəmiləri də inşa edir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır