Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Yəmən sahilində batan kiçik gəmi və qayıqda 16 nəfər həlak olub

Yəmənin qərb sahilində kiçik gəmi və balıqçı qayığının batması nəticəsində 11-i qadın və 3-ü uşaq olmaqla, azı 16 nəfər həlak olub.

AZƏRTAC “Arab News” qəzetinə istinadla xəbər verir ki, Xokxa qəsəbəsi yaxınlığında güclü külək nəticəsində batan balıqçı qayığında iki nəfər ölüb, daha iki balıqçını xilas etmək mümkün olub. Daha böyük faciə isə Kamaran adasının yaxınlığında baş verib. Yəmən rəsmiləri bildiriblər ki, göyərtəsində azı 25 nəfərin olduğu güman edilən kiçik gəminin batması nəticəsində azı 14 nəfər həlak olub. Gəmidə olan 11 nəfər üzərək sahilə çıxa bilib. Həlak olanlar Hodeyda əyalətinin sahilyanı Xuba kəndindən Kamaran adasında toya yollanan sakinlər olub. Gəminin batması səbəbinin güclü fırtına olduğu bildirilir.

Kənd sakinləri gəminin batmasından 5 saat sonra xəbər tutublar. Yerli sahil mühafizəçiləri və balıqçılar itmiş gəminin yerini tapıb və çərşənbə günü cəsədləri dənizdən çıxarmağa başlayıblar.

Qeyd edək ki, Kamaran adası husi qiyamçılarının nəzarəti altındadır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır