2022-ci ildə Stokholm-Norvik limanına 2,4 min gəmi yan alıb
2022-ci ildə Stokholm (İsveç) limanlarının yük dövriyyəsi bir qədər azalıb və 9,1 milyon tondan 8,9 milyon tona enib.
Stokholm Limanlar İdarəsinin (“Stockholms Hamnar”) hesabatına görə, bu, 2021-ci ilin ümumi göstəricisindən 1,6% aşağıdır.
İsveçin yeni Stokholm-Norvik limanında 2022-ci ildə konteynerlərin aşırılması 2021-ci illə müqayisədə 8,5%, Ro-Ro yüklərinin aşırılması 16,5% artıb. Ümumi yük dövriyyəsi 1,3 milyon tondan 1,5 milyon tona (+15,4%) yüksəlib. Ümumilikdə, 2022-ci ildə Stokholm-Norvik limanına 2,4 min gəmi (+34%) gəlib.
2022-ci ildə Stokholmun bütün limanlarından bərələrlə sərnişin daşınması əvvəlki illə müqayisədə 67% artaraq 7,4 milyon nəfər təşkil edib. Lakin bu rəqəm hələ də pandemiyadan əvvəlki sərnişin axını səviyyəsindən aşağıdır. 2022-ci ildə Stokholm limanları 206 kruiz gəmisi qəbul edib ki, bu da bir il əvvəlkindən 110 gəmi çoxdur. Kruiz sərnişinlərinin sayı 87% artaraq 450 min nəfər təşkil edib.
“Seanews.az”