Çin gəmi tikintisi üzrə liderliyini qoruyub saxlayıb
2022-ci ilin sonunda Çinin gəmiqayırma sənayesində görülən işlərin həcmi 37,86 milyon dwt-a və ya dünya gəmiqayırma bazarının ümumi həcminin 47,3%-nə çatıb.
“Sinxua” xəbər agentliyi Çin Gəmiqayırma Sənayesi Assosiasiyasının məlumatlarına istinadən xəbər verir ki, 2022-ci ildə Çinin gəmiqayırma sənayesi dünyada lider mövqeyini qoruyub saxlayıb.
Eyni zamanda, Çinin altı gəmiqayırma zavodu 2022-ci ilin nəticələrinə görə, dünyanın ən yaxşı 10 sənaye müəssisəsi sırasında yer alıb.
2022-ci ildə Çin tərsanələri tərəfindən qəbul edilən və həyata keçirilən yeni sifarişlərin həcmi müvafiq olaraq 45,52 milyon və 105,57 milyon dwt-a çatıb. Onların dünya bazar payı 55,2 və 49 faiz təşkil edib.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır