Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Bu il təkrar bazarda 630-a yaxın tanker satılıb

2022-ci ilin yanvar-oktyabr aylarında təkrar bazarda 630-a yaxın tanker satılıb.

"Seanews.az" xəbər verir ki, 2021-ci ilin eyni dövründə tankerlərin satışı üzrə 420 əməliyyat, il ərzində isə belə cəmi  510 əməliyyat həyata keçirimişdi.

“Xclusiv Shipbrokers”-in hesabatına görə, təkrar bazarda ən çox əməliyyat “MR” ölçülü gəmilərlə bağlı qeydə alınıb. Belə ki, bu ilin on ayı ərzində dedveyti 25 000 – 54 999 olan  218 tanker satılıb, onlardan 92-nin yaşı 15 ildən çoxdur.

İkinci yerdə kimyəvi tankerlərin alqı-satqısı üzrə əməliyyatlar dayanır. Hesabat dövründə  belə 125 gəmi satılıb.

Üçüncü yerdə “Aframax” və “LR2” gəmilərin satışı üzrə əməliyyatlar gəlir: bu günə qədər 120 gəminin sahibi dəyişib. Bu tipli gəmilərin 74-nün yaşı 15 ildən  yuxarıdır.

Ekspert təkrar tanker bazarında aparılan əməliyyatlarla bağlı on ayın belə statistikasını verir: 129 buzqıran gəmi sahibini dəyişib (ilin əvvəlindən bütün tanker əməliyyatlarının 20,5%-i). Ötən ilin eyni dövründə 69 buzqıran gəmi satılmışdı. Bundan başqa, bu il buzqıran gəmilərin alqı-satqısı üzrə əməliyyatların 45%-i son üç ayda bağlanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır