Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-09,
Seanews
Heyder Eliyev

Hər yeni konteyner gəmisi 239,5 milyon dollara başa gələcək

“COSCO Shipping Holdings” şirkəti metanolla işləyəcək  24 min TEU tutumlu 12 konteyner gəmisinin tikintisi üçün müqavilələr imzalayıb.

“Seanews.az” korabel.ru”-ya istinadən xəbər verir ki, hər bir gəminin dəyəri 239,5 milyon dollar qiymətləndirilir, sifarişin ümumi dəyəri  isə 2,9 milyard dollardan bir qədər azdır.

12 konteyner gəmisindən beşi “COSCO”-nun “Kawasaki Heavy Industries” şirkəti ilə birgə müəssisəsi olan “Dalian Cosco KHI Ship Engineering” (“DACKS”) tərəfindən inşa ediləcək. Çatdırılma 2027-ci ilin fevralından 2028-ci ilin iyun ayına qədər müddətə planlaşdırılıb, operator “COSCO” qrupuna daxil olan şirkət olacaq.

İkinci "hissə"yə daxil olan yeddi gəmi “COSCO” və “Kawasaki Heavy Industries”-in  birgə müəssisəsi - “Nantong Cosco KHI Ship Engineering” (“NACKS”) tərəfindən tikiləcək. Bu gəmilər 2026-cı ilin üçüncü rübündən 2028-ci ilin üçüncü rübünə qədər olan müddətdə sifarişçiyə təhvil verilməlidir. Onlar “COSCO”-nun vaxtında aldığı “OOIL” şirkəti üçün nəzərdə tutulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır