Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-09,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük kruiz gəmisi gələn il suya buraxılacaq - VİDEO

"Royal Caribbean International" rəsmi YouTube kanalında dünyanın ən böyük kruiz gəmisi olacaq "İcon of Seas"-in videosunu paylaşıb. 

"Seanews.az" xəbər verir ki, gəmi 2023-cü ildə istifadəyə veriləcək. Plana əsasən, layner 2024-cü ildə Karib dənizində ilk kruizinə göndəriləcək.

“Icon of the Seas” 2805 kabinədən ibarət olacaq. Ümumilikdə 5610 nəfəri qəbul edə biləcək, heyət sayı 2350 nəfərdir. 40 göyərtədən ibarət laynerdə çoxlu mağazalar və saunalar, həmçinin 20 restoran, su parkı və hətta şəlaləsi olan konsert zalı yerləşəcək.

Gəmi 7 hovuz və 6 su sürüşməsi ilə təchiz olunacaq. "İcon of the Seas", həmçinin dünyanın ən hündür şəlaləsi, ən hündür su sürüşməsi, ən böyük su parkı və dənizdə asılmış sonsuzluq hovuzuna malik olacaq.

Gəminin uzunluğu 800 metr təşkil edəcək.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır