Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-09,
Seanews
Heyder Eliyev

Cənubi Koreyada gəmi tikintisi mütəxəssislərinin sayında azalma müşahidə olunur

Cənubi Koreyada gəmi tikintisi ilə məşğul olanların cəmi 30 faizi 20-30 yaş arasındadır. Bu sahədə işləyən 60 yaşlı mütəxəssislərin sayında isə son 5 ildə 2 dəfə artım qeydə alınıb.

“Seanews.az” xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreyanın Əmək Nazirliyi açıqlayıb.

Bildirilib ki, işçilərin çatışmazlığı və yaşlanması gəmiqayırmada əsas problem hesab edilir.

Cari sifarişlərin yerinə yetirilməsi üçün 7500-ə yaxın işçiyə ehtiyac duyulur. Proqnoza görə, bu rəqəm 2023-cü ilin 2-ci rübünə 10 minə yaxın olacaq.

Cənubi Koreya höküməti problemdən çıxış yolunu hələlik xarici mütəxəssislərin ölkəyə girişini sadələşdirməkdə, onlara ailəsi ilə bilikdə yaşamaq icazəsi verməkdə görür.

Yerli gənc kadrların cəlbi üçün isə iş şəraitinin yaxşılaşdırılması və təhsil üçün subsidiyaların artılıması nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır