Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan xalqında gələcəyə olan ümidi, inamı bərpa etdi

Milli Qurtuluş günü Azərbaycan dövlətinin taleyində çox böyük əhəmiyyətli dönüş nöqtəsidir. 1993-cü ilin iyununda o vaxtkı naşı və səriştəsiz hakimiyyət ölkəni xaos və anaraxiyaya sürükləmişdi.

Vətəndaş müharibəsi təhlükəsi, cəbhədə baş verən uğursuzluqlar, hakimiyyətdaxili çəkişmələr Azərbaycan üçün böyük təhlükə yaradırdı. Həmin vaxt xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizi məhv olmaqdan xilas etdi.

Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan xalqında gəlcəyə olan ümidi, inamı bərpa etdi. Heydər Əliyev Azərbaycan xalqının böyük oğlu kimi ölkəsinin məhv olmasına biganə qala bilməzdi. Odur ki, xalqın çağırışı ilə, xalqına arxalanaraq Bakıya gəldi və tezliklə vəziyyəti nəzarət altına aldı. Ulu öndər təhlükəsizlik və sabitlik yaratdı, cəbhədə müəyyən uğurlar əldə edildi, daxildəki qanunsuz silahlı qruplaşmalar tədricən ləğv edildi, Azərbaycan tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün qüdrətli Azərbaycanın qazandığı hər bir uğurun təməli ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində qoyulub.

Ümummillim liderin müəyyən etdiyi siyasi kurs sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi və Azərbaycan dünya miqyaslı nüfuzlu, qüdrətli ölkəyə çevrildi. Biz hər birimiz bölgədə böyük güc sahibi olan ölkəmizlə fəxr və qürur duyuruq.  Xüsusilə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Qarabağ Zəfəri xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Ona görə də başımız uca, alnımız açıqdır.

Sahil Kərimli                                                         Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktor müavini


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır